Naxçıvan karateçisi beynəxalq turnirin mükafatçısı olub

Türkiyədə Çanaqqala Open Beynəlxalq Karate Turniri keçirilib. Yarışda böyüklər, uşaq, yeniyetmə, gənclər olmaqla 1000-dən çox idmançı fərdi və komanda tipli yarışların medalları uğrunda mübarizə aparıb. Naxçıvan Karate-do Federasiyasının idmançısı Rafiq Hüseynli də bu yarışda öz bacarığını nümayiş etdirib.
12 yaşlılar arasında çıxış edən Rafiq kumite yarışında 52 kq çəki dərəcəsi üzrə uğurlu nəticəyə nail olub. Təmsilçimiz gümüş medala layiq görülüb.
Qeyd edək ki, dünya və Avropa çempionu olmağı bacaran yeniyetmə idmançımız ölkə və beynəlxalq miqyaslı yarışların da qalib və mükafatçısıdır.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti